Uoker millidən getdi

Uoker millidən getdi

“Börnli” klubunun müdafiəçisi Kayl Uoker İngiltərə yığmasındakı karyerasını başa vurub.

Allsport.az xəbər verir ki, 35 yaşlı futbolçu bu qərarını dünya çempionatına cəmi üç ay qalmış açıqlayıb.

2011-ci ildə debüt edən Uoker milli komandada 96 matça çıxıb. İkiqat Avropa çempionatı gümüş mükafatçısı (Avro-2020, Avro-2024) və DÇ-2018-in yarımfinalçısı olan müdafiəçi sonuncu dəfə “üç aslan”ın köynəyini ötən ilin iyununda Seneqalla görüşdə (1:3) geyinib.

Həmin kateqoriyadan