- Baxış sayı: 35
- 17 Dekabr 2024 23:44
- Baxış sayı: 62
- Dekabr 17, 2024
- 0
“İdman paytaxtı” Qubada veteranlar arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş minifutbol turniri keçirilib.
Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin dəstəyi ilə, Futbol veteranları ictimai birliyinin təşkil etdiyi yarışa 8 komanda – Azərbaycan milli komandasının, həvəskarlar liqasının, “Neftçi”, “Sumqayıt” komandalarının, eləcə də, Quba, Qusar, Şabran və Xaçmaz rayonlarının futbol veteranları mübarizə aparıblar.
Turnirin finalında veteran futbolçulardan ibarət Azərbaycan millisi və “Sumqayıt” qarşılaşıblar. Görüş “kimyaçılar”ın 1:0 qələbəsi ilə yekunlaşıb. 3-cü yer uğrunda matçda “Qusar” komandası “Quba”ya qalib gəlib.