- Baxış sayı: 25
- 21 Noyabr 2024 21:36
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
2016-cı ildə Kolumbiyada təşkil olunacaq dünya çempionatının pley-offçuları bəlli olub. Allsport.az xəbər verir ki, mundiala 7 vəsiqə uğrunda mübarizə aparacaq 14 komanda arasında Azərbaycan millisi də var.
Digər kollektivlər isə Belarus, Ukrayna, Macarıstan, Rusiya, Serbiya, İspaniya, Hollandiya, Qazaxıstan, Sloveniya, Portuqaliya, Polşa, İtaliya və Slovakiyadır.
Pley-off mərhələsinin püşkatma mərasimi 2016-cı il fevralın 12-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq. Bu mərhələnin oyunları isə martın 22-də və aprelin 12-də keçiriləcək.
Qeyd edək ki, püşkatma zamanı qrup birincisi olan kollektivlər pley-offa qrup ikincisi kimi yüksələn komandalarla üz-üzə gələcək. Sadəcə, əsas seçmə mərhələdə eyni qrupda mübarizə aparmış yığmaların yenidən üz-üzə gəlməsinə imkan verilməyəcək.
Pley-off mərhələsinin 7 qalibi Avropanı dünya çempionatında təmsil edəcək. Azərbaycan yığması isə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilər. Millimizin potensial rəqibləri bunlardır: Serbiya, Hollandiya, Sloveniya, Polşa və Slovakiya.