- Baxış sayı: 38
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 128
- Noyabr 28, 2024
- 0
Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlama matçından əvvəl fikrini bölüşüb. Allsport.az xəbər verir ki, o, mətbuat konfransında bunları söyləyib:
“Belçikaya 0:8 hesabı ilə uduzduğumuz matçda meydanda olan futbolçulardan yalnız ikisi Azərbaycanla görüşdə iştirak edəcək. Həmin məğlubiyyətdən sonra heyətdə dəyişikliklərə əl atmalı olduq. Azərbaycan millisi yaxşı kollektivə malikdir. Onların Türkiyə ilə oyun da daxil olmaqla, son 5 görüşünü izləmişəm. Komanda yaxşı təsir bağışlasa da, sadəcə, bir az bəxti gətirməyib. Belarus seçməsi isə gəncdir. Bizdə nəsildəyişmə prosesi gedir. Çətin görüş olacaq. Ancaq düşünürəm ki, futbolçularım belə matçlarda artıracaqlar”.