Azərbaycan mükafat yarışının qəniməti – “Odlar yurdu”ndan doğan “Xan Qarabağ”

Formula-1 üzrə Azərbaycan qran prisin qaliblərinə təqdim olunacaq kubok yenilənmiş tətibata diqqət çəkir. Allsport.az xəbər verir ki, dünyaca məşhur dizayn şirkəti Pininfarina tərəfindən hazırlanan rəsmi mükafat Azərbaycanın “Odlar yurdu” kimi tanınmasına simvolizə edir.

Kubokun əsas özəlliyi onun alov təsiri yaradan formasıdır. Yan tərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindən ilhamlanan naxışlar həkk olunub. “Xan Qarabağ” motivindən götürülmüş bu elementlər sürət, hərəkət və dövrəni təcəssüm etdirərək Formula-1-in dinamik ruhunu milli irslə birləşdirir.

Kubok final yarışından sonra qaliblərə təqdim olunacaq.

Həmin kateqoriyadan