- Baxış sayı: 414
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 82
- Dekabr 05, 2025
- 0

26-31 oktyabrda Vaşinqtonda Milli Olimpiya Komitələri Assosiasiyasının 20-ci Baş Assambleyası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, toplantıda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva iştirak edəcəklər. Tədbirdə Assosiasiyanın Gənclər, Beynəlxalq Əlaqələr və Atletlər Komissiyasının, həmçinin 68-ci İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.
Baş Assambleyada qitə assosiasiyalarının – Avropa Olimpiya Komitəsi, Asiya Olimpiya Konsulluğu, Afrika Milli Olimpiya Komitələrinin Assosiasiyası, Panamerika İdman Təşkilatı və Okeaniya Milli Olimpiya Komitələrinin məruzələri dinləniləcək. Rio-de-Janeyro, Tokio Yay və Pyonçanq Qış Olimpiya oyunlarının Təşkilat komitələrinin hesabatları da gündəliyə daxil edilən məsələlər arasındadır. Tədbirdə yeniyetmələr arasında 2018-ci il Buenos-Ayres Yay və 2016-cı il Lillhammer Qış Olimpiya Oyunları da müzakirə olunacaq.
Milli Olimpiya Komitələri Assosiasiyasının növbəti Baş Assambleyası Rio-de-Janeyroda keçiriləcək.