- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Tokioda Milli Olimpiya Komitələri Assosiasiyasının baş assambleyası keçirilir. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və marketinq idarəsinin rəisi Mehman Kərimov təmsil edirlər.
Toplantıda MOKA-nın audit və maliyyə, marketinq, atletlər, beynəlxalq əlaqələr və tibbi komissiyalarının iclasları keçirilib və məruzələr dinlənib. Gənclər komissiyasının və MOKA-nın icraiyyə şurasının iclasları da gündəliyə daxil edilib.
Noyabrın 28-dən MOKA-nın Baş Assambleyası işə başlayıb. Assambleyada 206 milli olimpiya komitəsindən 1400-dək nümayəndə iştirak edib. Tədbir MOKA-nın prezidenti Şeyx Əhməd Al-Fasad Al-Sabahın açılış nitqi ilə başlayıb.
Assambleya iştirakçılarının Tokio-2020 yay olimpiya oyunlarının keçiriləcəyi yarış obyektləri ilə tanışlığı da nəzərdə tutulub. Sonda BOK-un icraiyyə komitəsinin iclası keçiriləcək.