Azərbaycan nümayəndə heyəti Romada Avropa gənclər olimpiya festivalının məşəl yandırmasında

Romada Bakı-2019 Avropa gənclər yay olimpiya festivalının məşəl yandırma mərasimi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, Bakı-2019-un işçi heyətinin rəhbəri Nikki Əfəndi, korporativ direktor Elçin Səfərov, GİN beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov, MOK-da bu vəzifəni daşıyan Anar Bağırov, GİN idman şöbəsinin rəisi Fərid Mansurov, idmançılar Kəramət Hüseynov və Raziya Əliyeva istirak edəcəklər.

Həmçinin, mərasim çərçivəsində Avropa olimpiya komitəsinin prezidenti Janez Koçijançiç, İtaliya olimpiya komitəsinin prezidenti Giovanni Malago və digər olimpiya komitələrinin nümayəndələrinin iştirakı gözlənilir.

Xatırladaq ki, 2019-cu il Avropa gənclər olimpiya festivalı 21-28 iyul tarixlərində Bakıda keçiriləcək. Ümumilikdə 50 ölkədən 3600-a yaxın idmançının iştirakı gözlənilir. Festival 10 idman növü üzrə keçiriəcəkdir: gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş. 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcək.

Həmin kateqoriyadan