- Baxış sayı: 416
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Dekabrın 17-18-də Albaniyanın paytaxtı Tiranada İslam həmrəyliyi idman assosiasiyasının (İSSA) 13-cü baş assambleyası keçirildi.
Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycanı milli olimpiya komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, İSSA-nın icraiyyə komitəsinin üzvü və Ər-Riyad-2025 koordinasiya komissiyasının sədri Könül Nurullayeva, eləcə də MOK-un xarici əlaqələr departamentinin direktoru Anar Bağırov təmsil edib.
Görüşdə gündəlik məsələlər və qarşıdakı VI İslam həmrəyliyi oyunlarının strategiyaları müzakirə olunub. Ər-Riyad-2025 üçün tarix və idman proqramı təqdim edilib.
VI İslam həmrəyliyi oyunları gələn il 7-21 noyabrda keçiriləcək və 13 olimpiya, 4 qeyri-olimpiya, 3 paralimpiya və 1 milli idman növünü əhatə edəcək.