“Azərbaycan olimpiya evi”ndə 3 həmkarımızın doğum günü qeyd olunub

Parisdə fəaliyyət göstərən “Azərbaycan olimpiya evi”ndə avqustun 7-də bir sıra ölkələrin nümayəndə heyətləri və beynəlxalq idman təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib. Allsport.az saytı xəbər verir ki, artıq ənənə halını almış tədbirdə olimpiadada gümüş medal qazanan taekvondoçumuz Həşim Məhəmmədovun uğurlu çıxışı tədbir iştirakçıları tərəfindən böyük sevinc və alqışlarla qarşılanıb.

Tədbirdə həmçinin oyunları yerində işıqlandıran KİV nümayəndələri – Şəmsəddin Abbasov (“CBC Sport” TV), Elmir Əliyev (haqqın.az) və Dilavər Nəcəfovun (AGİN) doğum günləri qeyd olunub. Tədbir iştirakçıları jurnalistləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.

Bədii hissədə müğənni Mərdan Kazımovun ifasında konsert proqramı ilə davam edib.

Həmin kateqoriyadan