Azərbaycan “olimpiya evi”ndə görüş

XXXIII yay olimpiya oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən “olimpiya evi”ndə Azərbaycan idmançıları ilə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasilyeva, Azərbaycan cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycanın YUNESKO-dakı səfiri Elman Abdullayev, olimpiya və dünya çempionları eləcə də, olimpiadada ölkəmizi təmsil edən idmançılar, onların məşqçiləri, media nümayəndələri, müxtəlif ölkələrin rəsmi nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirin bədii hissəsi müğənni Mardan Bandın ifasında musiqi nömrələri ilə davam edib. Qonaqlar həmçinin Azərbaycan “olimpiya evi”ndə quraşdırılmış monitorda 3×3 basketbol yarışlarında Azərbaycan – İspaniya oyununu birlikdə izləyiblər.

Həmin kateqoriyadan