Azərbaycan ordusunda səmti müəyyənetmə yarışı

Azərbaycan ordusunda idman yarışlarının keçirilməsi haqqında müdafiə nazirinin əmrinə əsasən, hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə keçirilib. Allsport.az saytı xəbər verir ki, ilk dəfə SMEF tərəfindən elektron qeydolunma sistemin ilə təşkil edilmiş yarışda 14 komandandan 80 nəfər iştirak edib.

Federasiya nümayəndələri Şəhriyar İsmayılov, Süleyman Əliyev və Nataliya Əliyevanın hakimi olduğu yarışda idmançılara ilk gün nəzəri təlimlər keçirilib, növbəti günlərdə isə uzun və orta məsafələr üzrə yarışlara start verilmişdir. Sonda 2 günün ümumi nəticələrinə görə həm komanda, həm də fərdi qaydada qaliblər müəyyən olunub.

Federasiya nümayəndələri yarışın yüksək səviyyədə təşkilinə görə müdafiə nazirliyi tərəfindən müvafiq diplomlarla təltif olunublar.

Həmin kateqoriyadan