- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında bu gün keçirilmiş yoxlama oyunundan sonra rəqib komandanın baş məşqçisi Mixail Qalaktionov fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, komandasının 4:2 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
“Oyundan razı qaldım. Elit mərhələ öncəsi yaxşı hazırlıq oldu. Bu oyunlar təcrübə qazanmaq baxımından bizim üçün uğurlu alındı. Rəqibin səviyyəsi də bizi qane etdi. Fikrimcə, Azərbaycan yığması elit mərhələdə rəqibləri üçün asan keçiləcək komanda olmayacaq. Yığmanızın mərhələ adlamaq şansı var”.