Azərbaycan Rusiyanı qabaqladı, Ukraynadan geridədir

Azərbaycan UEFA-nın reytinq cədvəlində mövqeyini möhkəmləndirib.

Allsport.az xəbər verir ki, ötən avrokubok həftəsindən sonra ölkə 18.750 xalla 28-ci sırada qərarlaşıb.

29-cu olan Rusiyanın 18.299, 27-ci olan Ukraynanın isə 19.225 xalı var.

Azərbaycan klublarımın cari mövsümdə qazandığı xallarının sayı isə 1.625-ə çatıb.

Bu həftə “Qarabağ” çempionlar liqasının II təsnifat mərhələsinin Bakıdakı cavab oyununda “Şelburn”nu 1:0 məğlub edib. Ağdam təmsilçisi növbəti mərhələdə “Şkendiya” ilə qarşılaşacaq.

“Sabah” konfrans liqasında evdə “Petrokub”a imkan verməyib – 4:1. “Bayquşlar” III mərhələdə “Levski” ilə üz-üzə gələcək.

“Araz-Naxçıvan” Yunanıstanda “Aris”lə heç-heçə edib – 2:2. Bakıda 2:1 hesabı ilə qələbə qazanan Naxçıvan təmsilçisi mərhələ adlayıb. “Al qurdlar”ın növbəti sınağı “Omoniya” olacaq.

“Zirə” isə “Hayduk”la Xorvatiyadakı matçın əlavə hissəsində uduzub – 1:2. Bakıda 1:1 hesablı heç-heçəyə qalan “qartallar” avrokuboklarda mübarizəsini dayandırıb.

Həmin kateqoriyadan