- Baxış sayı: 53
- 27 Yanvar 2026 10:22
- Baxış sayı: 139
- Fevral 04, 2026
- 0

Oktyabrın 2-də Serbiyanın paytaxtı Belqradda futzal üzrə AÇ-2016-nın final mərhələsinin püşkü atılacaq. Allsport.az xəbər verir ki, qitə birinciliyində mübarizə aparacaq 12 komanda arasında Azərbaycan yığması da yer alıb.
Artıq püşkatma zamanı millimizin hansı səbətdə yer alacağı da bəllidir. 12 iştirakçı hərəsində 4 komanda olmaqla 3 səbətə bölünüb. Azərbaycan ən zəiflərin yer aldığı üçüncü səbətdə qərarlaşıb.
1-ci səbət: Serbiya, İtaliya, İspaniya, Rusiya
2-ci səbət: Portuqaliya, Ukrayna, Xorvatiya, Çexiya
3-cü səbət: Sloveniya, Azərbaycan, Macarıstan, Qazaxıstan
Qeyd edək ki, AÇ-2016-nın final mərhələsinin oyunları 2-13 fevralda baş tutacaq.