- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Rusiyanın Medın şəhərində universal döyüş üzrə dünya çempionatı keçirilib. Allsport.a saytı xəbər verir ki, yarışda Azərbaycanı 12 nəfərdən ibarət komanda təmsil edib. Layt və klassik versiyalar üzrə keçirilən sınaqda 50-dən çox ölkədən 400-dək idmançı qüvvəsini sınayıb.
Azərbaycan təmsilçiləri çempionatda uğurla çıxış edərək 2 qızıl, 7 gümüş və 1 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Nicat Əliyev (75 kq, klassik) və Orxan Qurbanov (70 kq, layt) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıblar.
Xəyal Abdullayev (80 kq) və Nicat Tağıyev (85 kq) klassik, Sahil Namazov (65 kq), Mehman Hüseynov (80 kq), Muradxan Fərzəliyev (85 kq), Tahir Məsimov (90 kq), Orxan Binnətov (92 kq) isə layt versiyalarında gümüş medallara sahib olublar. Mehman Hüseynov (80 kq) isə layt versiyasında bürünc medalla kifayətlənib.
Ümumi hesabda Azərbaycan yığma komandası 2-ci pillədə qərarlaşıb. 1-ci və 3-cü yerləri müvafiq olaraq Rusiya və Qazaxıstan milliləri tutub. Qarşılaşmaların idarə olunmasında ölkəmizi Elşən İsmayılov təmsil edib.