- Baxış sayı: 40
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Milli olimpiya komitəsinin OCEP layihəsi çərçivəsində Gürcüstanın AİA-GESS gimnaziyası ilə qardaşlaşmış Azərbacanın Namiq Həmzəyev adına 238 nömrəli məktəbinin Tiflisə səfəri baş tutdu. Allsport.az saytı xəbər verir ki, 8 və 9-cu sinif şagirdləri İngilis dili dərsləri, yaradıcılıq fəaliyyətləri və hər iki xalqın mədəniyyət günlərini özündə əks etdirən zəngin proqramın iştirakçısı oldular.
Məktəblilərin Gürcüsnat olimpiya komitəsinə səfər etmələri isə yeniyetmələrə unudulmaz anlar yaşatdı. Hər iki məktəbin şagirdlərini Gürcüstan milli olimpiya komitəsinin prezidenti Leri Xabelov qəbul edib. Ölkələr arasındakı münasibətlər, olimpiya hərəkatı və olimpiya prinsipləri haqqında danışılan görüşdə baş katib Emzar Zenaişvili və beynəlxalq əlaqələr şöbəsinin direktoru Rusiko Aptsiauri də iştirak ediblər.
Görüşdən sonra OCEP məktəbliləri Gürcüstan milli olimpiya komitəsinin muzeyi ilə tanış olublar. Səfər müddətində məktəblilər şəhər turuna qatılıb, Qədim Tiflis, Botanika bağı, Sülh körpüsündə olublar. Məktəblilərin Mtskxeta şəhərinə səfəri də maraqlı keçib. Məktəblər bir birinə xatirə hədiyələri təqdim ediblər.