Azərbaycan və İtaliyanın idman sahəsində əməkdaşlığı müzakirə olunub

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, o, 2 ölkənin milli olimpiya komitələri arasında imzalanan anlaşmanı xatırladıb. 

MOK-un baş katibi Azər Əliyev və marketinq idarəsinin rəhbəri Mehman Kərimov İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30 ilinin tamam olduğu 2022-ci illə bağlı bir sıra əməkdaşlıq təkliflərini səfirə təqdim etdikdən sonra müzakirələr aparılıb.

Səfir MOK-un yenidən seçilmiş vitse-prezidenti Çingiz Hüseynzadəni və baş katib Azər Əliyevi təbrik edərək, onlara işlərində uğurlar arzulayıb. Diplomat, eyni zamanda, MOK ilə İtaliya səfirliyi arasında bir sıra əməkdaşlıq təklifləri ətrafında fikir mübadiləsi aparılmasının əhəmiyyətini qeyd edib.

Həmin kateqoriyadan