Azərbaycan və Liviya milli olimpiya komitələri rəhbərləri arasında görüş

Bu gün milli olimpiya komitəsinın vitse-prezidenti Çingiz Hüseynzadə və Liviya milli olimpiya komitəsinin baş katibi Xalid Azanqulubir araya gəlib.

Allsport.az saytı xəbər verir ki, Bakı tennis akademyasında 2-ci beynəlxalq həmrəylik tennis çempionatı çərçivəsində baş tutun görüşdə tərəflər hər 2 ölkənin milli komandaları arasında yoldaşlıq yarışlarının keçirilməsi, qarşılıqlı təlim-məşq toplanışlarının təşkil olunması, müxtəlif tədbirlərin keçrilməsinə dair fikir mübadiləsi aparıb; hər 2 qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Liviyalı qonaq bu əməkdaşlığı daha ətraflı müzakirə etmək üçün Çingiz Hüseynzadəni Liviyaya dəvət edib. Görüşün sonunda hər iki rəsmilər əməkdaşlığı həyata keçirmək üçün anlaşma mümorandumu imzalayacaqlarını təsdiq etmişdilər. Anlaşma Memorandumun imzalanma mərasiminin Liviyada keçiriləcəyi də qeyd olunmuşdur.

Həmin kateqoriyadan