Azərbaycan və Polşa milli olimpiya komitələri arasında əməkdaşlıq imkanları müzakirə edilib

Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, polşalı həmkarı Tomas Parebanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüşdə tərəflər arasında xüsusi dostluq münasibətlərinin olduğunu qeyd edib. 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək 3-cü Avropa oyunlarında polşalı həmkarlarına dəstək olmağa hazır olduğunu deyən Çingiz müəllim, Minsk-2019 Avropa oyunlarında Belarus milli olimpiya komitəsi ilə sıx əməkdaşlıq edərək onlara göstərilən dəstəkdən danışıb.

Krakov-2023-də olimpiadaya verilən lisenziya sayı daha çoxdur. Bu isə o deməkdir ki, Avropanın ən güclü idmançıları bu yarışlarda iştirak edəcək”, – deyən Çingiz Hüseynzadə, bu amilin Avropa oyunlarının statusunun artmasına müsbət təsir etdiyini vurğulayıb. MOK rəsmisi, həmçinin qonaqların gedəcəyi Bakı olimpiya stadionu barədə məlumat verib: “Stadion ilk Avropa oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edib. Həmin stadionu görməyiniz bizim üçün də əhəmiyyətlidir”.

Qonaq bizimkilərlə yalnız Avropa oyunları istiqamətində deyil, ümumilikdə idmanın digər sahələrində də əməkdaşlıq etmək istədiklərini bildirib. O, 2023-cü ildə keçiriləcək Avropa oyunlarının təqviminə 28 idman növünün daxil edildiyini deyib. Karate, cüdo, çimərlik voleybolu idman növləri ilə yanaşı, brek dans, xizəkli tullanma və digər idman növlərinin oyunlara fərqlilik qatacağına əminliyini söyləyib.

Tomas Parebanın sözünə görə, Azərbaycanın ilk Avropa oyunlarında müəyyənləşdirdiyi standartları davam etdirmək üçün, qarşıya qoyulan digər məqsəd olimpiya oyunlarına daha çox kvalifikasiya verilməsinə nail olmaq idi.

Həmin kateqoriyadan