- Baxış sayı: 22
- 21 Noyabr 2024 21:36
- Baxış sayı: 31
- Noyabr 21, 2024
- 0
Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının pley-off mərhələsi çərçivəsində cavab oyununa çıxıb. Allsport.az xəbər verir ki, millimiz Trnava şəhərindəki “Mestska Sportova Hala” idman kompleksində Slovakiya yığması ilə qarşılaşıb.
Xatırladaq ki, bu komandalar arasında sentyabrın 15-də keçirilmiş ilk oyun millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Millimizə AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq üçün hətta heç-heçə də bəs edəcəkdi. Komandamız hesabı açdığı görüşdə üstünlüyü əldən versə də, matç 1:1 hesablı heç-heçə ilə bitdiyindən, Azərbaycan yığması AÇ-nin final mərhələsinə vəsiqə qazanacaq.
AÇ-2016-nın seçmə mərhələsi
Pley-off
22 sentyabr
22:00. Slovakiya – Azərbaycan – 1:1
Qollar: V.Borisov, 8 (0:1). D.Rafay, 25 (1:1).
Slovakiya: 1. Peter Brndiar, 5. Qabriel Rik, 9. Peter Kozar (k), 11. Matuş Kuyovski, 13. Anton Brunoski – 12. Erik Klema, 3. Duşan Rafay, 4. Martin Zdrahal, 10. Yuray Vişvader, 15. Martin Doşa, 8. Attila Fehervari, 14. Marek Bahna.
Baş məşqçi: Riçard Bako.
Azərbaycan: 12. Röşvən Hüseynli, 8. Rizvan Fərzəliyev (k), 9. Auqusto, 10. Amadeu, 14. Vitali Borisov – 1. Emin Kürdov, 6. Eduardo, 15. Rafael, 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 11. Namiq Məmmədkərimov, 13. Sezar, 16. Xətai Bağırov, 17. İsa Atayev.
Baş məşqçi: Tino Peres.