- Baxış sayı: 186
- 11 Sentyabr 2025 18:27

- Baxış sayı: 173
- Dekabr 19, 2025
- 0


Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün 1/8 final matçına çıxacaq.
Allsport.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda Portuqaliya yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Milli seçmə mərhələnin A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub.