- Baxış sayı: 16
- 21 Yanvar 2026 10:33
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Azərbaycan yığması DÇ-2026-nin seçmə mərhələsi çərçivəsində Ukrayna yığmasını qəbul edib.
Allsport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan oyunda qalib müəyyənləşməyib – 1:1.
Matçda hesabı 51-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Georgi Sudakov açıb.
72-ci dəqiqədə isə Azərbaycan komandasının kapitanı Emin Mahmudov penaltidən fərqlənərək hesabı bərabərləşdirib.
Bununla da Azərbaycanla Ukrayna seçmələri “D” qrupunda ilk xalını qazanıb.
Növbəti oyun oktyabrın 10-da səfərdə Fransaya qarşı olacaq.