- Baxış sayı: 108
- 12 Dekabr 2025 17:20
- Baxış sayı: 36
- Dekabr 16, 2025
- 0

Qadın voleybolçulardan ibarət Serbiya millisinin Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
Allsport.az saytı xəbər verir ki, heyətə toppaylayıcılar – Ana Antoniyeviç, Boyana Jivkoviç, Sladyana Mirkoviç, hücumçular – Ana Bjelitsa, Tiyana Boskoviç, Slaçana Malaqurski, Brankitsa Mixayloviç, Tiyana Maleşeviç, Byanka Buşa, Boyana Milenkoviç, liberolar – Yelena Blaqoyeviç, Teodora Puşiç, blokçular – Milena Raşiç, Stefana Velkoviç, Yovana Stevanoviç və Mina Popoviç dəvət olunublar.
Serbiya millisi avqustun 30-da çempionata hazırlığı yekunlaşdırıb, yoxlama matçlarına üstünlük verməyi planlaşdırır. Balkanlar çempionatın qrup mərhələsinin Göygöldə keçirəcək. Komanda Çex Respublikası, Niderland və Belçika ilə birgə “D” qrupunda mübarizə aparacaq.