- Baxış sayı: 26
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 115
- Noyabr 28, 2024
- 0
“Səbail”dən ayrılan Nikolas Hagen açıqlama verib. Allsport.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan 24 yaşlı qolkiper “dənizçilər”dəki çıxışından danışıb:
“Azərbaycanda oynamaq təcrübəsi məni şəxsiyyət və futbolçu kimi böyütdü. Bu, mənə zövq verir. Çünki futbolçu kimi də inkişaf etdim. Artıq futbola fərqli şəkildə baxmağı bacarıram. Hər gün inkişaf etməyə daha çox can atıram. Ümid edirəm ki, belə halların sayı çox olacaq. İnkişaf etmək üçün daha çox çalışıram.
Artıq hər şeyi daha yaxşı etmək istəyən və qapıya tərəf gələn hər topu dəf etməyə çalışan sakit Hagen görürəm. Əsas hədəfinin karyeramı ölkə xaricində davam etdirməkdir. Qvatemalaya qayıtmağı qətiyyən düşünmürəm. Daha rəqabətli liqalarda oynamaq istəyirəm”.
Qvatemala millisinin üzvü ötən mövsüm “Səbail”də çıxış edib.