- Baxış sayı: 93
- 03 Dekabr 2025 19:49
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Formula-1 üzrə Azərbaycan qran prisi ABŞ-də bu mərhələnin televiziya yayımları tarixində ən populyar yarış olub.
Allsport.az xəbər verir ki, Formula-1-in yayım hüquqlarına uzunmüddətli sahib olan ABŞ telekanalı ESPN rekord tamaşaçı marağı qeydə alıb.
Bazar günü keçirilən əsas yarışın canlı yayımı demək olar ki, 1,1 milyon tamaşaçı toplayıb — bu, Azərbaycan qran prisi Amerika televiziya tarixində ən yüksək göstəricisidir.
Qeyd edək ki, yarış ABŞ vaxtı ilə səhər saatlarda start götürüb. Əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı ilə qeydə alınmışdı, 2024-cü ildə isə bu rəqəm 865 min idi.
Ümumilikdə, 2025-ci ildə ESPN, ESPN2 və ABC kanallarında Formula-1 yarışlarının televiziya auditoriyası orta hesabla 1,4 milyon nəfər təşkil edir. Bu da ABŞ-də Formula-1 yayımlarının tarixində ən yüksək nəticədir. Əvvəlki rekord göstərici 2022-ci ildə 1,21 milyon tamaşaçı olub.
Azərbaycan qran prisi 19–21 sentyabrda baş tutub. Yarışın qalibi “Red Bull” komandasının pilotu Maks Ferstappen olub.