- Baxış sayı: 38
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 128
- Noyabr 28, 2024
- 0
“Neftçi”dən ayrılan yaponiyalı tanınmış futbolçu Keysuke Honda klubun rəsmi televiziyasına açıqlama verib. Allsport.az xəbər verir ki, bu gün 1 iyun Uşaqlar Günü münasibəti ilə Bakıdakı “Ümid yeri” uşaq sığınacağına üz tutan 35 yaşlı yarımmüdafiəçi bu addımı barədə danışıb.
“Mən uşaqlara kömək etmək istəyirəm. Bu mövsüm ağır oyunlarımız oldu. Fikirlərimi həyata keçirmək üçün matçların başa çatmasını gözləyirdim. Hər şeydən əvvəl uşaqların arzularını və xəyallarını gerçəkləşdirmək istəyirəm. Həmçinin bundan sonra onlara necə kömək edə bilcəyimi düşünürəm. Uşaqlar üçün kompüterləri əbəs yerə almamışam. Onların sağlam gələcəyi və təhsili üçün bunlar çox faydalıdır. İnanıram ki, uşaqlar maksimum yararlanacaqlar. Eyni zamanda onların futbolun sirrlərinə yiyələnməsi üçün 1 illik məşqçi təyin etmişəm. Bəlkə də bu 1 il onların həyatını dəyişəcək. Burada olduğum üçün çox xoşbəxtəm”.
Honda “ağ-qaralar”ın növbəti mövsümdə də çempion olacağına ümid etdiyini bildirib: “Çempion oldum, həddindən artıq isti münasibət gördüm. Bəlkə də heç nə ilə yadda qalmadım, amma düşünürəm ki, məni hər zaman yaxşı xatırlayacaqsınız. Ümid edirəm ki, “Neftçi” növbəti mövsümdə də çempion olacaq. Mən isə buraya gəlib, onlarla birlikdə qalibiyyəti qeyd edərəm. Ümumiyyətlə, buradan ayrılsam da, Azərbaycanı hər zaman diqqət mərkəzində saxlayacağam”.
Martın 15-də Bakı klubuna gələn Keysuke Hondanın müqaviləsi başa çatdığı üçün komandadan ayrılıb.