- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında ölkə çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, ilk olaraq körpücük üzərinə qadınlar çıxıblar. Onlar Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyənləşdiriblər. Qızıl medala toplam 169 kq (74+95) nəticə və 253.42 xalla Səbinə Əzimova sahib çıxıb. 2-ci yeri 183 kq (80+103) və 243.91 balla Elnarə Abbasova, 3-cü sıranı 149 kq (66+83) və 236.17 xalla Mərziyyə Məhərrəmova tutublar.
Kişi ağırlıqqaldıranların mübarizəsində Elmar Alıyev (56 kq; 100+130), Allahyar Abışov (62 kq; 105+136), Paşa İbrahimli (69 kq; 133+155), Kamran İsmayılov (85 kq; 136+165), Nailxan Nəbiyev (94 kq; 138+168), Əliş Nəzərov (105 kq; 135+156) və Azər Məmmədli (+105 kq; 150+175) qalib olublar.
Veteranların rəqabətində qaliblər Sinkleyr cədvəli üzrə müəyyənləşib. Toplam 276 kq (130+146) nəticə və 358.42 xalla Namiq Cəmilov qızıl medal qazanıb.