- Baxış sayı: 512
- 17 Noyabr 2025 15:15
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Gənclər və idman nazirliyi və milli idman növləri assosiasiyasının birgə təşkilatçılığı ilə nərd üzrə ölkə çempionatı keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycan idman akademiyasında baş tutan yarışda paytaxt və bölgələri təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarının oyunçuları medallar uğrunda mübarizə aparıblar.
Yarışın açılış mərasimində Dövlət Himni səsləndirilib. Daha sonra gənclər və idman nazirliyinin olimpiya idman növləri üzrə sektor müdiri Aydın Məmmədov və milli idman növləri assosiasiyasının prezidenti Kazım Qurbanov çıxış ediblər.
Çempionatın yekun nəticələrinə əsasən, Kənan Səfərli birinci, Yusif Əlizadə ikinci, Arif Xanbudaqov isə üçüncü yeri tutublar.