- Baxış sayı: 161
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 68
- Dekabr 17, 2024
- 0
“II təhlükəsiz idman forumu Azərbaycanda idmanın daha təhlükəsiz olması, geniş inkişaf etməsi, valideynlərin öz uşaqlarını idmana daha rahat buraxmasını təmin etmək məqsədi ilə keçirilib”.
Allsport.az xəbər verir ki, bunu milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə forumda deyib.
Təhlükəsiz idman anlayışının vacib məsələlərdən biri olduğunu deyən Çingiz Hüseynzadə forumun işində beynəlxalq olimpiya komitəsinin, Avropa olimpiya komitələrininin bu məsələyə məsul şəxslərinin iştirak etdiyini qeyd edib: “Hesab edirəm ki, ölkəmiz təhlükəsiz idman sahəsi üzrə də beynəlxalq aləmdə tanınır. Azərbaycanın təhlükəsiz idmanla bağlı təcrübəsini başqa ölkələr də öyrənir və istifadə edir”.
MOK-un vitse-prezidenti açıqlamasında tədbiri ilk forumla müqayisədə fərqləndirib. “İlk keçirilən forum təxminən bir il səkkiz ay bundan əvvəl təşkil olunmuşdu. Bu, Azərbaycanın ilk təcrübəsi idi. Biz hələ beynəlxalq qurumlara heç nə təqdim edə bilmirdik. Artıq keçən bu müddət ərzində görülən işləri beynəlxalq qurumlara təqdim etmişik. Bildiyiniz kimi, bu sahə üzrə yüksək dərəcəli mütəxəssislər də Bakıya gəlib, seminarlar keçiblər. Bu, artıq təkmilləşmiş bir təşkilatın forumudur. Hesab edirəm ki, bu forum çox uğurlu bir yol keçib”, – deyə Çingiz Hüseynzadə bildirib.