- Baxış sayı: 37
- 27 Mart 2026 22:44
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandasının Türkmənistan yığması ilə keçirəcəyi yoxlama oyunlarının tarixi dəyişdirilib. Allsport.az xəbər verir ki, qarşılaşmalar, əvvəlcədən xəbər verildiyi kimi, avqustun 24-də və 26-da yox, avqustun 25-də və 27-də keçiriləcək.
“ABU Arena”da təşkil olunacaq hər iki oyun saat 20:00-da başlayacaq.