- Baxış sayı: 33
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0
Ukraynanın “Şaxtyor” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, Donetsk təmsilçisi Polşanın birinci divizion klubu “Tıxı” ilə qarşılaşıb.
Oyun “Şaxtyor”un 3:1 hesablı qələbəsiylə başa çatıb. Donetsklilərin qollarını Adriano, Kosta və Srna vurub.
“Şaxtyor” bu heyətlə oynayıb: Pyatov (Sarnavski, 81), Srna (k), Kuçer (Krivtsov, 64), Volovik (Azevedo, 64), Rakitski, Fernando (Stepanenko, 64), Fred (İvanisenya, 80), Kosta (Zaqorulko, 80), Teyşeyra, Tayson (Marlos, 64), Adriano (Bezborodko, 80).
Qeyd edək ki, “Şaxtyor” fevralın 24-də Azərbaycan yığması ilə də yoxlama oyunu keçirəcək.