- Baxış sayı: 53
- 12 Mart 2025 19:54
- Baxış sayı: 40
- Aprel 04, 2025
- 0
Azərbaycan badmintonçuları “Azerbaijan International 2024” turnirində 1/8 finala yüksəlib.
Allsport.az xəbər verir ki, kişilərdən ibarət Aqil Qəbilov-Diki Pangestu tandemi qazaxıstanlı rəqibini məğub edib.
Azərbaycanlı cütlük Jangir İbraev-İlya Lisenko duetinə 2:1 (16:21, 21:5, 21:12) hesabı ilə qalib gəlib. Badmintonçularımız növbəti mərhələdə Çex Respublika təmsilçiləri Ondrej Kral-Adam Mendrek tandemi ilə qarşılaşacaqlar.
Cahid Əlhəsənov və Era Maftuha tandemi qarışıq qoşa kateqoriyasında 1/16 finalda qələbə qazanıb. Onlar Qazaxıstan badmintonçuları Jangir İbraev-Oksana Ştelle cütünə 2:0 (21:18, 21:19) məğlub edərək, 1/8 finala yüksəliblər. Cahid Əlhəsənov-Era Maftuha duetinin növbəti mərhələdəki rəqibi Aleksander Lindeman-Jozefine Vu tandemi olacaq.