- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

FİFA referisi Rauf Cabbarov konfrans liqasının oyununu idarə edib. Allsport.az saytı xəbər verir ki, onun rəhbərlik etdiyi hakimlər briqadası 2-ci təsnifat mərhələsinin ilk oyununda “Teuta” (Albaniya) – “İnter” (Andorra) matçında iştirak ediblər.
Matç Andorra təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:0. Həmyerlimiz 8 futbolçunu sarı vərəqə ilə cəzalandırıb. O, hər komandadan 4 oyunçuya rəsmi xəbərdarlıq edib.
Yan xətdə Namiq Hüseynov və Cavanşir Yusifov olublar. 4-cü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirib.