- Baxış sayı: 22
- 22 Mart 2026 15:50
- Baxış sayı: 236
- Mart 19, 2026
- 0
Almaniya 3-cü Bundesliqasında yeni mövsüm başlayıb. Allsport.az saytı xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə Köln “Fortuna”sı ilə qarşılaşıb.
Qonaqlar bu oyunda 4:1 qalib gəliblər. Klubun yeni transferlərindən olan həmyerlimiz ilk rəsmi matçını keçirib. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
Komandasının 2-ci qolunu azərbaycanlı hücumçu vurub. O, 43-cü dəqiqədə hesabı 2:0 edib.