- Baxış sayı: 48
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 179
- Fevral 08, 2026
- 0

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.
Allsport.az saytı xəbər verir ki, ötən mövsüm komandanın Azərbaycan çempionu olmasında pay sahibi – blokçu Aynur İmanova, toppaylayıcı Raziyə Əliyeva, libero Asiyat Abuyeva və hücumçu Xanım Cəlilova ilə müqavilə yenilənib. Onlar daha 1 il “dəmiryolçular”ın uğurları üçün çalışacaqlar.
Bu voleybolçularla yanaşı, Aişə Alismanova da yeni mövsümdən “Azərreyl”də çıxış edəcək. Gənclər komandamızdan cəlb olunan 15 yaşlı hücumçu ilə rəsmi anlaşılıb.