“Azərreyl”in kişi və qadın komandaları 1-ci oldu

Qar voleybolu üzrə ilk Azərbaycan çempionatı başa çatıb.
Allsport.az xəbər verir ki, “Şahdağ” turizm mərkəzində təşkil olunan yarışın ikinci günündə baş tutan son turların qarşılaşmalarından sonra mükafatlar uğrunda yarışacaq komandalar bəlli.
Qadınların yarışında üçüncülük üçün “Gəncə” klubu U-21 komandasını 2:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Final görüşü isə “Azərreyl” və “Murov Az Terminal” komandaları arasında baş tutub. Həlledici matçda 2:0 hesabı ilə qalib gələn “Azərreyl” ilk Azərbaycan çempionu adını qazanıb.
Kişilərin mübarizəsində isə bürünc medalı “Gənclər” komandasını 2:0 hesabı ilə məğlub edən U-21 kollektivi qazanıb. Finalda isə “Azzərreyl” və “Murov Az Terminal” komandaları qarşılaşıblar. Rəqibinə 2:0 hesabı ilə qalib gələn “AZERRAIL” Azərbaycan çempionatının qalibi olub.
Final oyunlarından sonra qalib komandaların mükafatlandırma mərasimi keçirilib. Qalib komandalara kubok və medallar təqdim olunub.

Qadınlar
3-cü yer
“Gəncə” – U-21 2:0 (15:9, 15:11)
Final
“Azərreyl” – “Murov Az Terminal” 2:0 (15:10, 15:8)

Kişilər
3-cü yer
U-21 – “Gənclər”2:0 (15:5, 15:9)
Final
“Azərreyl” – “Murov Az Terminal” 2:0 (15:8, 15:12)

Həmin kateqoriyadan