- Baxış sayı: 39
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Çimərlik voleybolu tarixində ikinci dəfə keçirilən Avropa kubokunda ölkəmizi təmsil edən “Azərreyl”in qadınlardan ibarət komandası turnirin qalibi olub.
Allsport.az xəbər verir ki, oktyabrın 10-da Fransanın Montpelye şəhərində start götürən yarış bu gün başa çatıb. 16 klubun mübarizə apardığı turnirdə iştirak edən “Azərreyl”in qadınlardan ibarət komandası bütün rəqiblərinə qalib gəlib.
Final matçında “Azərreyl” Ukraynanın “Sunrise Beach Sports Academy” klubu ilə üz-üzə gəlib. Final görüşündə komandalar arasında keçirilən iki oyundan birində “Azərreyl”, ikincidə isə rəqib qalib gəlib. Ardınca qalibi müəyyən etmək üçün keçirilən qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa kubokunun qalibi olub.