- Baxış sayı: 33
- 19 Yanvar 2025 14:22
- Baxış sayı: 113
- Yanvar 19, 2025
- 0
Xəbər verdiyimiz kimi, Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində səfərdə Finlandiyanın “Salo” klubu ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, komandamız artıq Finlandiyaya yollanıb. Dekabrın 10-da “Salohali” arenada təşkil olunacaq görüşü belaruslu Kanstantsin Asipçuk və rusiyalı Pavel Anderson idarə edəcəklər.
Qeyd edək ki, komandamız turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırıb.