- Baxış sayı: 49
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 105
- Fevral 09, 2026
- 0
Qadın voleybolçuların Avropa Çempionlar Liqasının qrup mərhələsində Bakının «Azəryol» klubu «B» qrupunda 5-ci matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, «xallı bəbirlər» bu gün evdə «Fənərbağça» ilə qarşılaşıb. Üstün oyun nümayiş etdirən İstambul təmsilçisi tam qələbə qazanıb – 3:0 (25:20, 25:15, 26:24).
Məğlubiyyətə baxmayaraq, Aleksandr Çervyakovun komandası pley-offa adlayıb. Çünki Rumıniyanın «Ştiinta» klubu doğma divarlar arasında «Nant»ı 3:1 üstələyib. Hər 2 komanda son turda 2-ci yerdə qərarlaşan «Azəryol»a keçə bilməyəcəyindən, vitse-çempionumuz erkən sevinib.