- Baxış sayı: 33
- 22 Aprel 2025 18:06
- Baxış sayı: 30
- Aprel 23, 2025
- 0
Yanvarın 3-dən 5-dək Antalyada qadın voleybol komandaları arasında “Gloria Cup” beynəlxalq turniri keçiriləcək. Allsport.az xəbər verir ki, turnirdə Azərbaycanın idman şərəfini “Azəryol” komandası qoruyacaq.
Yarışda “Azəryol” ilə yanaşı, Türkiyənin “Vakıfbank”, İsveçrənin “Volero” və Sloveniyanın “Maribor” kollektivləri birincilik uğrunda mübarizə aparacaq.
Komandamız ilk oyununu yanvarın 3-də “Vakıfbank”a qarşı keçirəcək. Yanvarın 4-də Bakı təmsilçisinin rəqibi “Volero”, bir gün sonra isə Sloveniya təmsilçisi olacaq.