- Baxış sayı: 140
- 27 Mart 2026 20:40
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Qadın həndbolçular arasında Avropa kuboku yarışları davam edir.
Allsport.az xəbər verir ki, Azərbaycan çempionu “Azəryol” mübarizəyə yarışın 2-ci mərhələsindən qatılacaq.
Paytaxt təmsilçisi bu mərhələdə Yunanıstanın “Aeppanorama” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər 2 oyun Salonikidə təşkil olunacaq.
Oktyabrın 23-də və 24-də keçiriləcək görüşlər gərgin idman mübarizəsi vəd edir. 2 oyunun nəticəsinə əsasən, yoluna davam edəcək komanda turnirin üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq. Bu səddi adlayacaq klublar isə pley-off görüşlərində qüvvələrini sınayacaqlar.