Azad Rəhimov: Əbəs yerə Azərbaycan dünyada idman ölkəsi kimi tanınmır

Bakı-2019 Avropa gənclər Yay olimpiya festivalının əməliyyat komitəsi və xarici işlər nazirliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün brifinq təşkil edilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə 36 ölkədən 40-a yaxın şəxs iştirak edib.

Əməliyyat komitəsinin nümayəndələri festivalının keçirilməsinə az bir zamanın qaldığı vaxtda ümumilikdə görülmüş işlərişlər haqqında məlumat verib, protokol, təhlükəsizlik və akkreditasiya sahələrinə dair yeniliklər barədə diplomatik korpusun nümayəndələri qarşısında təqdimatlarla çıxış ediblər.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında deyib: “Biz sadəcə idmanımızın inkişafı ilə deyil, eyni zamanda, ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin möhtəşəmliyi ilə də qürur duyuruq. Əbəs yerə Azərbaycan dünyada idman ölkəsi kimi tanınmır. Sayca 15-ci dəfədir ki, keçiriləcək Avropa olimpiya festivalı gənc idmançıların dostluq və həmrəylik bayramıdır. Ümid edirik ki, qarşıdan gələn festivalın da yüksək səviyyədə təşkili idmançılarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək”.

Həmin kateqoriyadan