Azad Rəhimov: Azərbaycanda keçirilən böyük tədbirlər idmanın inkişafına olan böyük diqqətdir

Noyabrın 25-də Bakıda Beynəlxalq Kanoe Federasiyasının 36-cı konqresinin açılışı keçirilib. Allsport.az saytı xəbər verir ki, ilk dəfə təşkil edilən tədbirdə açılış nitqi ilə çıxış edən gənclər və idman naziri Azad Rəhimov 89 ölkənin 200-dən çox nümayəndəsini Bakıda salamlayıb. O, idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin başlıca istiqamətlərindən olduğunu qeyd edib:

“Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir. Ölkəmiz “Bakı-2015” birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi. Oyunlarda 350-dən çox idmançının qatıldığı kayak və kanoe yarışları böyük marağa səbəb oldu. Bundan başqa, formula-1 üzrə Avropa qran-prisi bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Gələn il ölkəmiz 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir.

Oyunlar zamanı kayak və kanoe yarışlarının keçirildiyi Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzini xüsusi qeyd etmək istərdim. Bu idman qurğusunun ölkəmizdə avarçəkmənin inkişafında böyük rolu var. İdmançılarımız Rio Yay Olimpiya Oyunlarında həm kişilər, həm də qadınlar arasında kanoe və kayak yarışlarında uğurlu nəticələr göstəriblər. Onların gümüş və bürünc medal qazanmalarını fəxrlə qeyd edərdim”.

Həmin kateqoriyadan