Azad Rəhimov Beyləqan olimpiya idman kompleksinin təməlqoymasında iştirak edib

Bu gün Beyləqan rayonunda yeni olimpiya idman kompleksinin təməlqoyması olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beyləqan rayon İcra hakimiyyətinin  başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov və digər rəsmilər iştirak ediblər.

Beyləqan olimpiya idman kompleksinin tikintisi ölkə başçısı İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub.

Azad Rəhimov çıxışında, sayca 45-ci olan bu idman qurğusunun 1000-ə yaxın tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan güləş, boks və universal idman zalları, qrup məşqləri və trenajor otağı, 180 tamaşaçı tribunası və 24×12 olçüdə üzgücülük hovuzu inşa ediləcəyini deyib:

“Bu gün ölkəmizdə 43 OİK fəaliyyət göstərir. Bir müddət bundan öncə Tərtərdə sayca 44-cü OİK-in təməli qoyuldu. Bu il Lənkəran OİK-in istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Goranboy və Neftçala rayonlarında növbəti OİK-in tikintisinə başlanılıb. Yardımlı rayonunda isə İdman Kompleksinin tikintisi davam etdirilir”.

Həmin kateqoriyadan