Azad Rəhimov: İslam Həmrəyliyi oyunları Azərbaycan tarixində bir başqa mərhələdir

Bu gün 4-cü İslam Həmrəyliyi oyunları koordinasiya komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, toplantıda bu tədbirin icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov hazırlıq haqqında danışıb: “12 May 2017-ci ildə Bakıda baş tutacaq 4-cü İslam Həmrəyliyi oyunlarına altı aydan çox bir vaxt qalıb və təbii ki, bu müddət ərzində  görülməli işlər çoxdur. Lakin sevinirəm ki, ötən vaxt ərzində hazırlıqla bağlı İslam Həmrəyliyi İdman Federasiyalarından müsbət rəylər almışıq.”

 Nazir çıxışında əlavə edib ki, 4-cü İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etmək Azərbaycanın tarixində başqa bir  mühüm mərhələ olmaqla bərabər, eyni zamanda islam dünyası xalqlarını idmanı bayram kimi qeyd etməyə ilhamlandıracaq. Azad Rəhimov eyni zamanda bildirib  ki,  oyunlar  ölkəmizin ən gözəl xüsusiyyətlərini üzə çıxarmaqla bərabər, həmçinin bizi birlik, sülh, hörmət və mükəmməllik ruhunda birləşdirən vasitə olacaq.

İki günlük iclasda  yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması, idman yarışları, marketing, yayım,komersiya məsələləri, açılış və bağlanış mərasimlərinin müzakirəsi olacaq.

Həmin kateqoriyadan