Azad Rəhimov paytaxtda Avropa gənclər olimpiya festivalının toplantısına qatılacaq

“Bulvar” oteldədə 15-ci Avropa gənclər yay olimpiya festivalının əməliyyat komitəsi Avropa milli Olimpiya komitələrinin nümayəndə heyəti rəhbərləri üçün seminar keçirəcək.

Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, prezident administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa olimpiya komitəsi əlaqələndirmə komissiyasının rəhbəri Corce Visaçki iştirak edəcəklər.

GİN-in mətbuat xidmətindən yayılan xəbərə görə, 6 may saat 17.00-da həmin məkanda Azad Rəhimovla Corce Visaçkinin iştirakı ilə mətbuat konfransı olacaq.

Həmin kateqoriyadan