Azad Rəhimov: Qadın voleybol millimizin hədəfi Tokio-2020 vəsiqə qazanmasıdır

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantını giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov voleybolun Azərbaycanda böyük ənənələrə məxsus olduğunu deyib:

“Lakin nəsil dəyişir, hər bir idman növündə olduğu kimi burada da yeniliklər baş verir. Nəqliyyat naziri Ziya Məmmədovun bu idmanın inkişafında xidmətlərinin əvəzsizdir. Amma federasiyada dəyişikliklərin aparılması ilə bağlı müzakirələrin getdiyini və nəticədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun bu vəzifəyə seçilməsi ilə bağlı təklifin irəli sürüldü.

O, daim voleybolçuların yanında olub, onlara dəstək verib. Bi idman növünün daha inkişafı hər birimizin arzusudur. Hədəfimiz isə, komandamızın 2020-ci ildə Tokioda keçiriləcək olimpiya oyunlarına vəsiqə qazanmasıdır.”

 

Həmin kateqoriyadan