- Baxış sayı: 38
- 22 Noyabr 2024 12:25
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Şəhriyar adına sarayda (media mərkəzdə) İslam həmrəyliyi oyunlarının növbəti hesab mətbuat konfransı keçirildi. Allsport.az saytının xəbərinə görə, toplantıda çıxış edən gənclər və idman naziri Azad Rəhimov dünənə olan vəziyyəti dəyərləndirdi. Bildirdi ki, 26 ölkə medal qazanıb, bu da yarışa marağın çox olmasından, gərginlik və, rəqabətin yüksəkliyindən xəbər verir.
“Olimpiyaçılarımız hələlik 41 qızıl, 24 gümüş və16 bürünc medal qazanıblar və komanda hesabında Türkiyə millisindən sonra 2-ci pillədə qərarlaşıb. Bu gün də medallar ola bilər: 7 boksçu yarımfinaldadır, voleybol, taekvondo, güləş və atletikada yenə fərqlənə bilərik, su polusunda 3-cü yer uğrunda görüşə çıxacağıq. Şanslarımız yüksəkdir. Rio-2016-da İslam ölkələri arasında birinci olduq. İnanıram ki, doğma divarlarda keçirilən İslamiadada da qalib olacağıq”.
Birdən çox medala sahiblənən idmançılara nəzərdə tutulan mükafatın tam ödəniləcəyini deyən nazir, komanda növündə mükafat qazananlara əyara uyğun ümumi heyətə veriləcək. Sitat: “Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz”.