- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Rusiyanın Krasnoyarsk şəhərində 29-cu qış universiadası-2019 çərçivəsində UNESCO-ya üzv ölkələrin idman nazirlərinin qeyri-rəsmi görüşü keçirilir. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi Azad Rəhimov təmsil edir. UNESCO-nun baş direktorunun müavini Nada Al- Naşif, Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov, Beynəlxalq tələbə idmanı federasiyasının prezidenti Oleq Matısin və digər rəsmilər də iştirakçılar sırasındadır.
Toplantıda çıxış edən gənclər idman nazirimiz bildirib ki, bədən tərbiyəsi və idman Azərbaycanın sosial siyasət sahəsində önəmli istiqamətlərdən biridir və dövlət bu sahəyə xususi diqqət ayırır. Azərbaycanın son illərdə 1-ci Avropa və 4-cü İslam oyunları, Formula1, 42-ci şahmat olimpiadası, eləcə də dünya və Avropa çempionatlarına ev sahibliyi edib. Qazan deklarasiyasına, özəlliklə, “Hərəkat 2”: dayanıqlı inkişaf sahəsində və əsas məqsədlərin realizəsində fiziki tərbiyənin, fiziki aktivliyin və idmanın göstəricilərinin universal işlənilməsinə xüsusi diqqət ayrıldığını bildirib.
GİN-in mətbuat katibi Səmayə Məmmədovanın məlumatına görə, nazir Azad Rəhimov çıxışında bunu əlavə edib: “Fiziki və idman tərbiyəsi üzrə nazirlərin və vəzifəli şəxslərin beynəlxalq konferensiyasından irəli gələrək, son iki ildə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində təhsilin inkişafı üçün çox böyük işlər görülülüb. 2017-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və idman Akademiyasında bakalavr səviyyəsində 4 yeni: “Məşqçi” (seçilmiş idman növü üzrə), “Bədən tərbiyəsi üzrə müəllim”, “İdman menecmenti və komunikasiya”, Bədən tərbiyəsi və idmanda reabilitasiya üzrə yeni ixtisas dərəcələri , eyni zamanda, maqistratura səviyyəsində ingilis dilində “Tibbi idman və reabilitasiya”, “İdman menecmenti”, “İdman jurnalistikası” ixtisasları açılmışdır. Bu ixtisaslar yerli və UCL-in (University College London) əcnəbi mütəxəssisləri tərəfindən peşəkarcasına öyrədilir.”
Azad Rəhimov, nəzəriyyənin təcrübədə də realizəsi üçün uğurlu addımlar atıldığını bildirib. Sonra nazir Qazan deklarasiyasından irəli gələn digər müddəaların: idmanın bütövlüyü, xanımların, uşaq və gənclərin idmana cəlb olunmasının müvəffəqiyyətlə gerçəkləşdirilməsindən, Azərbaycanda 2013-2020-ci illəri əhatə edən bədən tərbiyəsi və idman haqqında qanunun realizəsindən danışdı. Azad Rəhimov eyni zamanda, nazirliyin 2018-ci ildən Avropa Şurası və Avropa İttifaqının “Hamı birlikdə- idmanda qender bərabərliyinə nail olunması” proqramına qoşulması və görülən işlər barədə də iştirakçılara məlumat verdi.